Suraxanı rayonunda növbəti küçələr asfaltlanır. Bu haqda bu gün, 6 noyabr tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Söhbət rayonun Əmircan qəsəbəsindən gedir. Genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Həmid Axundlu, Əvəz Verdiyev və İsrafil Quliyev küçələrində asfalt örtüyü salınır, bordür düzülərək piyadalar üçün səkilər qurulur, eləcə də yenidən qurulan yolların ətrafında yerüstü kommunikasiya xətləri yenilənərək nizamlanır və yerin altına salınır.
Rayon ərazisində abadlıq işləri bundan sonra da davam edəcək.
[caption id="attachment_118910" align="alignnone" width="640"]
Foto açıq mənbədən[/caption]