Suraxanı rayonunda növbəti küçədə abadlaşdırma işləri aparılıb. Bu haqda bu gün, 27 noyabr tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Yenidənqurma işləri rayonun Əmircan qəsəbəsində təşkil olunub. Hazırda layihə çərçivəsində Mirzə Əsədullayev küçəsində 600 m yolda 3600 kv.m asfalt örtüyü salınır.
Bundan əlavə, qəsəbələrdə yol infrastrukturunun yenidən qurulması, su və kanalizasiya xətlərinin çəkilməsi, parkların təmir olunaraq abadlaşdırılması işləri davam etdirilir.
[caption id="attachment_121283" align="alignnone" width="640"]
Foto Qafqazinfo[/caption]