Bakıda Dondurma festivalı baş tutacaq. Bu haqda bu gün, 20 iyul tarixində Bakuplus.az xəbər verir.
Tədbir iyulun 21-də saat 17:00-da “Araz” supermarketlər şəbəkəsində keçiriləcək. Burada DJ, animatorlar və feysart olacaq. Həmçinin qonaqlara fərqli çeşiddə dondurmalar hədiyyə ediləcək.
Festival Suraxanı rayonundakı “Araz” Hövsan Superstore filialında keçiriləcək.