Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində sakinlər liftdə qalırlar. Bu haqda bu gün, 27 sentyabr tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Söhbət A-B massivi, 149 ünvanında yerləşən binadan gedir. Sakinlərin sözlərinə görə, lift ayda 2-3 dəfə xarab olur. Artıq istismar müddətini başa vuran lift sakinləri tez-tez yarı yolda qoyur.
“Arada olur ki, yuxarıdan düşəndə silkələnir. Qorxuruq ki, qırılıb düşəcək”, – deyə sakinlər bildirirlər.
Bakı Lift İdarəsindən məlumat verilib ki, məsələdən xəbərdardırlar və yaxın zamanda lift dəyişdiriləcək.