Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Bakıda “Sağlam həyat - sağlam həyət” layihəsinə start verib. Bu haqda bu gün, 30 iyul tarixində Bakuplus.az TƏBİB-yə istinadən məlumat verir.
TƏBİB-dən verilən məlumata görə, layihə çərçivəsində ilk dəfə olaraq, Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsindəki Yeni Günəşli "V" yaşayış massivində keçirilən tibbi aksiyada vətəndaşlara kardioloji, oftalmoloji, pediatrik , nevroloji, endokrinoloji, immunoloji, otorinolarinqoloji, radioloji, laboratoriya və digər tibbi xidmətlər göstərilib.
Kampaniya zamanı bir həyətdə yaşayan 230 vətəndaşa 375 növdə tibbi xidmət göstərilib. Layihə bundan sonra da davam etdiriləcək.
[URIS id=145144]