Bakının Xəzər rayonunun Türkan qəsəbəsində yaşayan 76 yaşlı qadın sürücü sosial şəbəkələrin istifadəçilərinin marağına səbəb olub. Bu haqda bu gün, 23 avqust tarixində Bakuplus.az məlumat verir.
“Samara 015” markalı avtomobili idarə edən qadın 23 ildir ki, avtomobil sürür. Bu, onun 5-ci avtomobilidir, və bundan əvvəl o, həmişə “VAZ 2106”ları sürüb.
Qadın qəzaların qarşısını almaq üçün gənc sürücülərə səbirli olmalarını tövsiyə edib.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/08/113.mp4"][/video]