Bakıda yol qaydalarını pozan sürücü ilə motosikletçinin dialoqu sosial şəbəkələrdə yayılıb. Bu haqda bu gün, 7 dekabr tarixində Bakuplus.az Avtosfer-ə istinadən məlumat verir.
99-XF-555 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü dönmə işığını yandırmadan qəfil manevr edib. Nəticədə arxadan gələn motosikletin sürücüsü çətin anlar yaşayıb.
Bayker sürücüyə yaxınlaşaraq ona xəbərdarlıq edib, lakin sürücü heç bir reaksiya verməyib.
Verilən məlumata görə, qaydaları pozan vətəndaş AFFA Hakimlər Komitəsinin sabiq sədri, keçmiş FİFA referisi Xaqani Məmmədovdur.