Bakıda universitetin professoru vəfat edib. Bu haqda bu gün, 18 iyul tarixində Bakuplus.az İqtisadiyyat.az-a istinadən xəbər verir.
Azərbaycanda tanınmış riyaziyyatçı alim Fuad Lətifov vəfat edib. O, uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.
Fizika-riyaziyyat elmləri doktoru, professor Fuad Lətifov Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Ali riyaziyyat kafedrasının müdiri vəzifəsində çalışırdı.