top
Tanınmış jurnalist “Azəristilik”dən şikayətçidir - “Bütün yayı yatıb…” - FOTO
02 dekabr 2024, 09:00
- ↺ +

Tanınmış jurnalist “Azəristilik”dən şikayətçidir - “Bütün yayı yatıb…” - FOTO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Tanınmış jurnalist Rasim İsmayılov “Azəristilik” ASC-dən şikayətçidir.

Bakuplus.az xəbər verir ki, o, bu barədə şəxsi sosial şəbəkə hesabında paylaşım edib.

Jurnalistin sözlərinə görə, yaşadığı binanın bir hissəsində istilik yoxdur:

“Artıq 15 gündür qış rejiminə keçilməsinə baxmayaraq bizim mənzilin bir hissəsinə istilik verilmir”.

Rasim İsmayılov bildirib ki, qurumlar məsuliyyəti öz üzərindən atır.

“Azəristilik” ASC deyir ki, bizlik deyil. Xətai rayon 75 saylı MKİS-nin rəisi deyir ki, bizlik deyil. Xətai Bələdiyyəsi ümumiyyətlə mövcuddurmu, bilmirəm. “Azəristilik", bütün yayı yatıb niyə istilik veriləndən sonra təmirlərə başlayırsınız? Xətai Bələdiyyəsi, niyə əhalidən yığılan bələdiyyə vergilərinin hara xərclənməsinin hesabatını açıqlamırsınız?”, - deyə jurnalist qeyd edib.

Həmçinin Rasim İsmayılov yaşadığı ərazinin həyətində qanunsuz obyektin tikildiyini də iddia edib:

“Xətai Rayon İcra Hakimiyyətinə isə tamam başqa sualım var. Sarayevo 13 ünvanının həyətində yerləşən 20 kvadratmetrlik dəmir qaraj bir gecənin içində necə böyüyüb 40 kvadratmetrlik obyektə çevrildi?”.

Məsələ ilə bağlı “Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı ilə əlaqə saxladıq.

Onun sözlərinə görə, həmin ünvan istiliklə təmin olunur, qazanxanalar da işləyir:

“Ünvanda istilik xətlərində də problem yoxdur. Binada istilik alır. Rasim müəllim bildirir ki, mənzilin bir tərəfində istilik yoxdur. Bu da mənzildaxili və ya binadaxili problem hesab olunur.  Bu qonşularla bağlı ola bilər, istilik xəttini kimsə kəsə bilər, ventili bağlaya bilər”.

Elvin Basqallı qeyd edib ki, qazanxanalar, magistrallar və məhəllədaxili istilik xətləri “Azəristiliktəchizat" ASC-nin məsuliyyət zonasına daxildir.

“Ondan sonra yarana biləcək problemlər binanın balans saxlayıcısı və mənzil sahibləri tərəfindən həll olunmalıdır”, - deyə o əlavə edib.

Elvin Basqallı bildirib ki, biz yenə də müraciəti qeydə alırıq və Rasim müəllimin mənzilindəki probleminin dəqiq səbəbini, nədən qaynaqlandığını öyrənib, texniki dəstək göstərərik.

Bakuplus.az həmçinin binanın həyətindəki obyektlə bağlı Xətai Rayon İcra Hakimiyyətinə də sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq bildirilib ki, ərazidəki həmin obyekt qanunidir:

“COP29-la əlaqəli olaraq biz bütün küçə boyu, məhlədaxili hər yerdə çalışırdıq ki, səliqə-sahman olsun. Bunun üçün sahibkarlara müraciət edirik. Təklif edirik ki, obyektlərini səliqəyə salsınlar. Sözügedən yer də meyvə dükanı olub. Sadəcə olaraq səliqəyə salınıb”.

Son xəbərlər

Xəbər
Bu gün, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Bu gün, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Bu gün, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Bu gün, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Bu gün, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Bu gün, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Oxşar xəbərlər