Nəsimi rayonunda yerləşən parkın təmirinə başlanılıb. Bu haqda bu gün, 14 fevral tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində rayonun Bakıxanov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində, Taras Şevçenkonun heykəlinin yerləşdiyi parkda yenidənqurma işlərinə başlanılıb. Yararsız vəziyyətdə olan qranit daşlar dəyişdirilir, su fəvvarəsinin mərmər daşları təmir olunur.
Paralel olaraq rayonun ayrı-ayrı ərazilərində abadlıq-quruculuq işləri davam edir.
[caption id="attachment_129636" align="alignnone" width="640"]
Foto Nəsimi Rayon İcra Hakimiyyəti[/caption]