Paytaxtın mərkəzində, Əziz Əliyev küçəsində yerləşən tarixi binanın üzərində olan bacası nasaz olduğuna görə binanın divarını qaraldıb. Bu haqda məlumatı sosial şəbəkələrə və Oxu.az-a istinadən Bakuplus.az bu gün, 24 iyul tarixində verir.
Restorana məxsus olan boru deşilib, tüstüdən divarın estetik görüntüsü pozulub.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət göndərilib. Qurumdan bildirilib ki, əməkdaşlar dərhal tədbir görüblər, sözügedən boru atrıq sökülüb.