Paytaxtda avtobus sürücüsü sükan arxasında TikTok-da canlı yayım açıb. Bu haqda bu gün, 13 yanvar tarixində Bakuplus.az Baku.ws-ə istinadən xəbər verir.
Yayılan videoya əsasən, sürücü avtobus idarə edən zaman canlı yayım açıb. Baxan izləyicilər bu hərəkətə irad bildiriblər. Onlar kəmər taxmasını və canlı yayımı bağlamasını desələr də, sürücü onlara məhəl qoymayıb.
Oxu.az-dan verilən məlumata görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat xidmətindən bildirilib ki, Elşən Abdullayev 18 saylı marşrut avtobusun sürücüsü idi. O, kobud qayda pozuntusuna görə “Xaliq Faiqoğlu” şirkəti tərəfindən işdən çıxarılıb.