Qaradağda itlərin hücumuna məruz qalan uşaq evə buraxılıb. Bu haqda bu gün, 2 aprel tarixində Bakuplus.az Kliniki Tibbi Mərkəzə istinadən xəbər verir.
Kliniki Tibbi Mərkəzə ağır vəziyyətdə hospitalizasiya olunan 9 yaşlı uşaq 1 aya yaxın müalicədən sonra onun həyatı üçün artıq hər hansı təhlükə qalmadığına görə bu gün evə buraxılıb.
O, müalicəsini evdə davam etdirəcək.