top
Uşağın bir parça diplomu olsun...
05 oktyabr 2024, 01:12
- ↺ +

Uşağın bir parça diplomu olsun...

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İnsan həyatının ən vacib mərhələlərindən biri ali təhsillə bağlıdır. Çünki aldığı təhsil onun dünya görüşünün, iş həyatının, cəmiyyətdəki yerinin formalaşmasında böyük rol oynayır. Bu il Azərbaycanda 55 min 656 abituriyent tələbə adını qazanıb.

Yaxşı, bəs bu qədər tələbənin neçəsi öz istədiyi sahəyə üz tutub, neçəsi sabah universiteti bitirib peşəkar kadr kimi cəmiyyətdə öz yerini tutacaq? Yaxşı, bəs bu qədər tələbənin neçəsi “uşağın bir parça diplomu” olsun fikrinin, düşüncəsinin, şüarının “qurbanı olub”? Çünki hələ Sovet dövründən canımıza, qanımıza, şüurumuza, mənəviyyatımıza hopan “uşağın bir parça diplomu olsun” fikri elə bu gün də aktualdır və cəmiyyətin inkişafına, irəli getməsinə ciddi əngəl törədir. Bəli, ali təhsil vacibdir. Amma hamı ali təhsil alacaq deyə bir qayda da yoxdur. Hər il imtahan nəticələri elan olunduqdan sonra neçə-neçə gənc, yeniyetmə evdəki danlaqdan, valideyn tənəsindən qurtulmağın yolunu intiharda görür.  Bir parça kağıza görə neçə-neçə arzular qırılır, neçə-neçə fidan gül açmadan solur. Dəyərmi?

Hər il neçə-neçə gənc peşəkar musiqiçi, peşəkar aşpaz, peşəkar rəssam, peşəkar rəngsaz, peşəkar elektrik, peşəkar zərgər, peşəkar maşın ustası olacağı halda zorla, valideyn diqtəsi ilə “hara olur olsun, təki ali məktəb olsun” düşüncəsinə boyun əyir.

Hər il yüzlərlə ailə xaricdə təhsil adı altında fəaliyyət göstərən, sayı hər gün durmadan artan bir sıra dələduzların qurbanı olur. Əlində-ovcunda olanı, qonşudan, qohumdan aldığı borcu, bankdan götürdüyü krediti “uşağın bir parça diplomu olsun” fikri ilə bu dələduzlara “yedirir”. Şirkətin tələb etdiyi məbləğ ödənənə qədər “maklerlər” özlərini mələk kimi aparırlar. Pul ödəndikdən sonra isə bir parça yağlı əppəyə dönürlər.  İşin dəhşətli tərəfi odur ki, bu şirkətlərin təklif etdiyi universitetlərin heç birinin nə reytinqi, nə də nüfuzu var. Türkiyədə “avtobus dayanacağını universitetə çeviriblər” deyimi ilə lağ obyekti olan bu universitetlərdə oxumaq uşağınıza nə qazandıracaq?

Nəticə? Ömürdən boş yerə xərclənən 4 il. Əsas odur ki, valideynin arzusu yerinə yetsin. Məclislərdə, dost-tanış arasında “uşaq bu il ikinci kursa keçdi” desin. Dost-tanış arasına, məclislərə fəxrlə çıxsın.

Bəs istəmədiyi peşə üzrə oxuyan gəncin taleyi? 4 il sonra iş tapa bilməyəndə “uşağın bir parça diplomu olsun” fikri köməyinə çatacaqmı?

Əziz valideynlər, Sovet dövründən qalma bu təfəkkürdən çıxın. Bu gün heç kəs ali təhsili var deyə, iş vermir. Bu gün sahəsinin peşəkarını, savadı olanı işə götürürlər. Sovet dövründə dəbdə olan bu təfəkkürdən qurtulun!

Əziz valideynlər, övladınızla söhbət edin, sənətə, musiqiyə, hansısa peşəyə yiyələnmək istəyirsə, dəstəkləyin! Əgər qızınız, oğlunuz peşəkar musiqiçi, peşəkar rəssam, peşəkar elektrik, peşəkar maşın ustası olmaq istəyirsə, yol göstərin, yanında olun! Bəlkə ali məktəbə yox, peşə məktəbinə yönəldib hansısa bir sahənin peşəkarı kimi yetişdirmək daha yaxşı olar?

Əziz valideynlər, arada açın iş elanlarına baxın! Bu gün ölkədə peşəkar aqronom, peşəkar elektrik, peşəkar mexanik, peşəkar krançı ilə yanaşı digər sənət sahələrinin peşəkarını tapmaq samanlıqda iynə axtarmağa bənzəyir.

Bu gün ev təmiri üçün normal usta tapmaq müşkül məsələyə çevrilib. Bu gün avtomobil təmiri üçün peşəkar usta tapmaq müşkül məsələyə çevrilib. Eləcə də digər sahələrdə vəziyyət eynidir. Səbəb həm peşə məktəblərinin fəaliyyətsizliyi, həm də valideynlərin bu sahəyə maraq göstərməməsidir.

Düşünün, daşının, sonra qərar verin! Qərar verin ki, sabah “uşağın bir parça diplomu olsun” fikri əleyhinizə işləməsin. Düzgün qərar verin ki, sabah “uşağın bir parça diplomu olsun” fikrinə görə özünüzü söyməyəsiniz.

Hikmət Həsənov

Son xəbərlər

Xəbər
Bu gün, 12:15

Narkotik təsiri altında üç rayonda avtoxuliqanlıq edən gənc həbs edildi

Aktual Xəbərlər
Bu gün, 11:19

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Aktual Xəbərlər
Bu gün, 10:34

Yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Siyasət
Bu gün, 09:31

Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım etdi

Xəbər
Bu gün, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Bu gün, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
Dünən, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Dünən, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Dünən, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
07 noyabr 2026, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
07 noyabr 2026, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
07 noyabr 2026, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
07 noyabr 2026, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
07 noyabr 2026, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
07 noyabr 2026, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
07 noyabr 2026, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
07 noyabr 2026, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Oxşar xəbərlər