Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsində iməcilik keçirilib. Bu haqda bu gün, 14 aprel tarixində Rayon İcra Hakimiyyəti məlumat verib.
Ötən gün qəsəbənin Mayak adlanan yaşayış massivində Rayon İcra Hakimiyyətinin və Mənzil Kommunal Təsərrüfatı Birliyinin təşkilatçılığı ilə ərazi məişət tullantıları və polietilen torbalardan təmizlənib, ətraf ərazidə abadlıq-təmizlik işləri aparılıb.
[caption id="attachment_97187" align="alignnone" width="640"]
Foto Xəzər rayon İcra Hakimiyyəti[/caption]