Paytaxtın Xətai rayonu, 28 may küçəsində 30-a yaxın piyada kütləvi şəkildə yolu səhv yerdən keçib. Bu haqda bu gün, 31 mart tarixində Bakuplus.az Avtosfer.az-a istinadən xəbər verir.
Yusif Səfərəliyev küçəsindən sözügedən küçəyə dönən zaman avtomobilin kameralarında insanların yolun piyadalar üçün nəzərdə tutulmayan yerindən keçdiyi görsənir.
Həmin ərazidə yeraltı piyada keçidi mövcuddur.