Nəsimi rayonu, Fəzail Bayramov küçəsində səki problemi həll olunacaq. Bu haqda bu gün, 29 fevral tarixində Bakuplus.az “Baki Gundeliyi” Facebook səhifəsinə istinadən xəbər verir.
“The Ritz-Carlton Baku” hotelinin qarşısından Elm və Təhsil Nazirliyi istiqamətində piyada səkisi yoxdur. Bu da sakinlərin narazılığına səbəb olur. İnsanlar avtomobil yoluna çıxmağa məcbur olurlar.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Xətai Rayon İcra Hakimiyyətinin mütəxəssisləri əraziyə baxış keçiriblər. Qurumlar ərazidə piyada səkisini təşkil olunmasının mümkün olduğunu qeyd ediblər.
AYNA və AAYDA problemin həllinin onların səlahiyyətlərində olmadığını vurğulayıb.