Paytaxtın Xətai rayonu Gəncə prospektində təhlükəli ərazi sakinləri narahat edir. Bu haqda bu gün, 14 mart tarixində Bakuplus.az “Oxu.az”-a istinadən xəbər verir.
Ərazidəki yamac yarılaraq, orada hündürmərtəbəli bina tikilir, ancaq torpaq sürüşməsinin qarşısını almaq üçün inftastruktur inşa olunmayıb.
Bundan əlavə, məktəb ilə yaşayış binasını əlaqələndirən pilləkən uçurumun yanından keçir və yararsız vəziyyətdədir.
Sakinlər məktəbin uçma təhlükəsi olduğunu bildirirlər.
[URIS id=36873]