top
Xətai prospektində yerləşən evin sakinləri yaşayış şəraitindən şikayətlənirlər – VİDEO
07 noyabr 2023, 07:59
- ↺ +

Xətai prospektində yerləşən evin sakinləri yaşayış şəraitindən şikayətlənirlər – VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında yaşayan bir qrup sakinlərin iddiasına görə, bu bina təxminən 18 il öncə təhvil verilsə də, tikinti aparan şirkət hələ də idarəçiliyi əldən vermək istəmir. Ərazisi kiçik olan məhəllədə avtomobillərin hərəkət etdiyi hissədə kommersiya məqsədilə söhbətgah tikirlər. Bu haqda bu gün, 7 noyabr tarixində Bakuplus.az Real TV-yə istinadən məlumat verir.

Sakinlərin sözlərinə görə, binada fəaliyyət göstərən özəl bağça həyətdə söhbətgahlar tikir, bu isə yanğın zamanı FHN maşınları üçün maneə törədə bilər.

“Onlara 2500 manat məbləğində cərimə də yazılıb. Gördüyünüz bu qurğular 3-cü dəfədir tikilir, 3 dəfə də dövlət qurumları tərəfindən tam darmadağın olunub”, – şikayətçilərin biri İlham ismayılov qeyd edib.

Sakinlərin şikayətləri bununla bitmir. Binanın daxili nizamnaməsinə əsasən, kommunal xidmətlərin ödənilməsi üçün toplanan pullar aidiyyəti üzrə istifadə olunmur. Digər tərəfdən fəaliyyət göstərən bağçanın mətbəx havalandırması olduğu deyilən bu borular da sakinləri narahat edən mövzulardan biridir.

Şikayətçilərin sözlərinə görə, mənzil alanda imzaladıqları müqavilədə hər bir binada sakinlərin istismarına iki lift veriləcəyi qeyd olunsa da, verilən vəd yerinə yetirilməyib.

Məsələ ilə bağlı mübahisənin əks tərəfini təqdim edən “Nəsimi 45” Mənzil Mülkiyyətçilərinin müştərək cəmiyyətinin vəkili Fuad Əyyubovun sözlərinə görə, sakinlərin şikayətləri tam əsassızdır. Vəkil qeyd etdi ki, söhbətgahın yerləşməsi heç bir təhlükə şəraiti yaratmır. Üstəlik söhbətgah kommersiya məqsədilə deyil, bina sakinlərinin xahişi və ianələri ilə onların istifadəsi üçün tikilir. O ki qaldı kommunal ödənişlər məsələsinə, bununla bağlı əksinə, onlar bəzi sakinlərdən şikayətçidirlər. Bu səbəbdən məhkəməyə də müraciət ediblər.

Fuad Əyyubovun sözlərinə görə, aidiyyəti qurumlar tərəfindən cəmiyyətə heç bir cərimə tədbiq edilməyib. Kommunal xidmətlər üçün yığılan məbləğ isə ümumistifadə zonalarının təmizlənməsi, işıqlandırılması, eləcə də binanın anbarına yığılan suyun binaya ötürülməsini təmin edən motorların və liftlərin işlətdikləri enerjini kommunal ödənişi, məişət tullantılarının təmizlənməsi, binanın mühafizəsi, avtomobil dayanacağı və digər məsələlərə xərclənir.

Son xəbərlər

Xəbər
Bu gün, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Bu gün, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Bu gün, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Bu gün, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Bu gün, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Bu gün, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Oxşar xəbərlər