Paytaxtın Xətai rayonu, Zeytunluq ərazisi, İnqilab İsmayılov küçəsində çörək sexində antisanitariya hökm sürür. Bu haqda bu gün, 14 aprel tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
“Azəri Çörək” adı altında fəaliyyət göstərən müəssisədə sanitar əlcəklərdən və baş geyimindən istifadə olunmur. Həmçinin çörəyin bişirildiyi avadanlıqlar baxımsız vəziyyətdədir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, antisanitar şəraitdə istehsal olunan çörəklər mədə-bağırsaq və daha da təhlükəli xəstəliklərə gətirib çıxara bilər.
AQTA məsələ ilə bağlı araşdırma aparacağını bildirib.