Bakının Xətai rayonunda daha bir ağacəkmə aksiyası keçirilib. Bu haqda bu gün, 23 mart tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə (RİH) istinadən xəbər verir.
“Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində 8 Noyabr prospektində növbəti ağacəkmə aksiyasında ümumilikdə 800 ağac əkilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon bələdiyyələri və MKTB-nin kollektivləri iştirak ediblər. Mövsüm ərzində rayon ərazisinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
[caption id="attachment_133234" align="alignnone" width="640"]
Foto Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti[/caption]