Bakının Xətai rayonunda abadlıq-quruculuq işləri davam edir. Bu haqda bu gün, 2 dekabr tarixində Bakuplus.az Xətai rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Rayon ərazisində yerləşən yaşayış və qeyri-yaşayış binaları davamlı elektrik, qaz, istilik və su ilə təmin olunur. Həmçinin lazım gələrsə, ərazinin qardan vaxtında təmizlənməsi üçün xüsusi texnikalar saz vəziyyətə gətirilib, kifayət qədər inventar, qum və duz tədarükü görülüb, işçilər arasında xüsusi iş qrafiki təsdiq edilib.
Eyni zamanda qarlı hava şəraitində küçələrin, məhəllədaxili yolların qardan vaxtında təmizlənməsi üçün cavabdeh təşkilatlar müəyyənləşdirilib.
[caption id="attachment_121948" align="alignnone" width="640"]
Foto Xətai RİH[/caption]