Bakının bir hissəsində qaz kəsilib. Bu haqda bu gün, 3 iyul tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.
Ortatəzyiqli qaz kəmərinin kipliyə sınaq olunması ilə bağlı Xətai rayonunun R.Quliyev, X.Məmmədov, R.Məmmədov, M.Hadi, Cavanşir küçələrində qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Məhdudiyyət işlər bitənə qədər davam edəcək.