Xətai rayonunda Vətən müharibəsi şəhidlərinin xatirəsi əbədiləşdirilib. Bu haqda 9 fevral tarixində AZƏRTAC məlumat verib.
Vətən müharibəsi şəhidləri Adil Əfəndiyev və Fərid Məhərrəmovun xatirə lövhələrinin açılışı olub. Tədbirdə şəhidlərin ailələri, dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər. İlk öncə şəhidin məzarı ziyarət edilib, ruhuna dualar oxunub. Daha sonra xatirə lövhəsinin açılışı baş tutub.
Mərasimdə məktəblilər Vətənə, qəhrəmanlara həsr olunan şeirlər səsləndiriblər.