Bakının Xətai rayonunda Zəfər Gününün üçüncü ildönümünə həsr olunmuş ümumrayon iməciliyi və ağacəkmə aksiyası baş tutub. Bu haqda bu gün, 28 oktyabr tarixində Bakuplus.az Xətai rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Keçirilən ağacəkmə aksiyası çərçivəsində “Gənclik” parkında, Gəncə prospekti, 63, 65, 67 ünvanlarında 1500-dən çox ağac əkilib. Burada rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, şəhid ataları, qazilər, rayon idarə və müəssisələrinin kollektivləri və sakinlər iştirak ediblər.
Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan aksiya şəhidlərin xatirəsini yad etmək məqsədilə keçirilib.
[caption id="attachment_118018" align="alignnone" width="640"]
Foto Xətai rayon İcra Hakimiyyətinə[/caption]