Xətai rayonunun 2 küçəsi səliqəsiz vəziyyətə düşüb. Bu haqda 18 fevral tarixində Oxu.az məlumat verib.
Xətai rayonunda sakinlər bəzi küçələrin baxımsız halda olmasından narazıdırlar. Onların sözlərinə görə, Seyid Əzim Şirvani və Qaçaq Nəbi küçələrində artıq bir ilə yaxındır səkilər və piyada keçidlərindəki nöqsanlar aradan qaldırılmır.
“Piyada səkiləri dağıdılıb, lakin sonradan bərpa edilməyib. Ətrafdakı iaşə obyektlərinin qarşısında, dayanacaqların ətrafında bordürlər dağıdılıb. Onların qalıqları isə ətrafdakı ərazilərə və ağacların diblərinə atılıb. Ətrafda səliqəsiz görüntü yaranıb”, - şikayətçilərdən biri deyib.