Bakıda növbəti illik akvarel sərgisi keçiriləcək. Bu haqda bu gün, 2 dekabr tarixində Bakuplus.az Xətai Sənət Mərkəzinə istinadən xəbər verir.
“Su və rəng ahəngi” 2023 adlı tədbir çərçivəsində Azərbaycanın akvarelçi rəssamlarının əsərləri nümayiş olunacaq, eləcə də Beynəlxalq Akvarel Cəmiyyətinin yaradıcısı və Prezidenti , dünya üzrə tanınmış akvarelçi rəssam Atanur Doğan akvarel texnikasında demonstrativ ustad dərsi keçirəcək.
Sərgi Xətai Sənət Mərkəzi, Azərbaycan Dövlət Rəsm Qalereyası , Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar ittifaqının dəstəyi ilə həyata keçiriləcək.
Tədbir 15-16 dekabr tarixlərində baş tutacaq. İştirak ödənişsizdir.