Bakının iki rayonunda vətəndaşlar liftlərdə köməksiz vəziyyətdə qalıblar. Bu haqda bu gün, 28 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Hadisə Xətai rayonu, Babək prospekti, 88 ünvanında yerləşən doqquzmərtəbəli və Nizami rayonu, Qara Qarayev prospekti, 105 ünvanında yerləşən onyeddimərtəbəli yaşayış binalarında baş verib.
Hadisə yerlərinə xilasedicilər cəlb olunublar. Onlar liftlərin qapılarını açaraq sakinləri xilas ediblər.