Bakının 2 rayonunda qaz kəsilib. Bu haqda bu gün, 14 may tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.
Yeraltı qaz xəttində sızmanın aradan qaldırılması, digər ərazidə isə qaz xəttinin kipliyə sınaq olunması ilə əlaqədar Xətai rayonunun Lütfi Zadə küçəsinin tam olaraq, Xəzər rayonunun isə Şağan qəsəbəsinin bir hissəsinin qaz təchizatı dayandırılıb.
Məhdudiyyət işlər bitənə qədər davam edəcək.