Xətai rayonunda naməlum şəxs itlərə işgəncə verir. Bu haqda bu gün, 27 fevral tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Hadisə rayonun Ramiz Quliyev küçəsində yerləşən yaşayış binasının damında baş verib. Sakinlərin sözlərinə görə, naməlum şəxs müxtəlif itləri binanın damına gətirərək buraya bağlayır. O, itləri ac-susuz saxlayır, onları döyərək işgəncə verib öldürür.
Daxili İşlər Nazirliyi məsələnin nəzarətə götürüldüyünü bildirib.
Sosial şəbəkələrdə yayılan görüntüləri təqdim edirik: