Metronun “Xətai” stansiyasının qarşısında olan piyada zolağı silinib. Bu haqda bu gün, 6 avqust tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
Şikayətçilərin sözlərinə görə, zolaq silindikdən sonra sürücülər müvafiq nişanlara məhəl qoymurlar. Həmin ərazidən keçən insanlar, xüsusən də uşaqlar həyatlarını təhlükəyə atırlar.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirildi ki, yol nişanlanma xətlərinin boyalarının silinməsi və rənginin solması yoldakı hərəkət intensivliyi və meteoroloji amillərin təsiri ilə əlaqədardır.
"Nişanlanma xətlərinin yenilənməsi plan üzrə mərhələli qaydada həyata keçirilir. Müvafiq işlər sözügedən küçədə də aparılacaq. Hərəkət iştirakçıları ərazidə quraşdırılan yol nişanlarının tələblərinə riayət etməlidirlər", – deyə qurumdan məlumat verilib.