Xətai rayonunda qaz kəsilib. Bu haqda bu gün, 9 yanvar tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.
Ortatəzyiqli qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması məqsədilə rayonun Ağ şəhər, M.Mehdizadə, S.Orucov, F.Bayramov, N.Rəfiyev küçələri, Afiyəddin Cəlilov küçəsinin bir hissəsi, Xocalı, eləcə də Babək prospektinin bir hissəsində 12.000 abonentin qazı kəsilib.