“Tullantıları ekoçantaya dəyiş” aksiyası davam edir. Bu haqda bu gün, 9 iyul tarixində Bakuplus.az Ekologiya Nazirliyinə istinadən xəbər verir.
Aksiyanın şərtləri aşağıdakı kimidir:
- Şüşə butulka, banka və ya işlənmiş batareya qəbul olunur;
- Şüşə butulka, bankaların içərisində qida qalıqları olduğu halda qəbul olunmayacaq;
- 10 işlənmiş batareyaya görə 1 ekoçanta veriləcək;
- Ümumi tutumu 5 litr olan şüşə banka və butulkalara görə 1 ekoçanta veriləcək;
- Ümumi tutumu 35 litr olan müxtəlif plastik butulkalara görə 1 ekoçanta veriləcək.
Tədbir 12 iyul saat 11:00-da Xətai rayonu, Qaçaq Nəbi küçəsi, ev 9C ünvanında, “Urfa” restoranının yanı, "Araz superstore”da baş tutacaq.