Bakıda “Azəriqaz” İB növbəti “Açıq mikrofon” aksiyasını keçirəcək. Bu haqda BakuPlus.az bu gün, 12 aprel tarixində xəbər verir.
Görüş 14 aprel Xəzər rayonu, Mərdəkan qəsəbəsi, II Dünya Müharibəsi Veteranları Parkında baş tutacaq. Aksiyada sahibkarları maraqlandıran suallar cavablandırılacaq.
Səyyar qəbul otağı saat 11:00-dan 13:00-a kimi sahibkarların xidmətində olacaq.
İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.