Paytaxtın Xəzər rayonunda yerləşən 218 nömrəli tam orta məktəb distant təhsilə keçib. Bu haqda bu gün, 15 fevral tarixində Bakuplus.az TehsilForumu.Az-a istinadən xəbər verir.
COVİD-19 infeksiyasının yayılması səbəbindən təhsil müəssisəsi 7 gün müddətinə ənənəvi tədrisi dayandırıb. Məktəbdə 9 müəllim, 7 şagird və 5 texniki işçidə koronavirusa yoluxma qeydə alınıb.
Bakı şəhəri üzrə Təhsil İdarəsi faktı təsdiqləyib.