Binə qəsəbəsinin elektrik təsərrüfatı yenilənir.
Azərişıq xəbər verir ki, enidənqurma işləri çərçivəsində nəzərdə tutulan 27 yeni güc mərkəzindən 20-si artıq quraşdırılıb. Hazırda bir sıra komplekt transformator məntəqələrdə (KTM) son tamamlanma işləri həyata keçirilir.
45.000-ə yaxın abonenti olan Binə qəsəbəsinin də elektrik şəbəkəsi yenidən qurulur. Binə Sovxoz ərazisində də tələbata uyğun olaraq yeni güc mərkəzi yaradılır. Qəsəbədə elektrik xətləri yenisi ilə əvəzlənir, izolyasiyalı naqillər çəkilir, dayaqlar əkilir, köhnə sayğaclar yenilənir. Bir sıra ərazilərdə hava xətlərində təmir işləri aparılır.