Xəzər rayonunda abadlıq işləri aparılır. Bu haqda bu gün, 6 oktyabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Aparılan təmir işləri çərçivəsində Buzovna qəsəbəsi, Buzovna-Maştağa avtomobil yolunda, Mərdəkan qəsəbəsi S.Yesenin küçəsində, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində və Türkan qəsəbəsi, Xanlar küçəsində fərdi ev və obyektlərin divarları rənglənir, eləcə də digər abadlıq işləri görülür.
Bundan əlavə, ərazidə mövcud olan ağac və kollarda yaşıl budamanın aparılması, qurumuş ağacların vaxtında ərazidən götürülməsi, həmçinin çəmənlik və ağacların suvarılması işləri görülür.
[caption id="attachment_115587" align="alignnone" width="640"]
Foto Xəzər rayonu İcra Hakimiyyətinin rəsmi saytı[/caption]