Bakıda abadlıq-təmizlik işləri davam edir. Bu haqda BakuPlus.az 19 fevral tarixində xəbər verir.
Xəzər rayonunun bütün qəsəbələri əhatə olunmaqla genişmiqyaslı ümumrayon iməciliyi keçirilmişdir.
İməcilik zamanı əsasən rayonun mərkəzi küçə və prospektlərində, park və xiyabanlarında abadlaşdırma işləri aparılmış, mövcud yaşıllıqlar bərpa edilmiş, yeni yaşıllıq zolaqları yaradılmış və ətraf ərazidə təmizlik işləri aparılmışdır.
Xəzər rayonunda aparılan abadlıq-quruculuq, yenidənqurma işləri ilə yanaşı, mütəmadi olaraq həftəsonları iməciliklər də təşkil edilir.