Bakının Xəzər rayonu, Binə qəsəbəsində su kəsiləcək. Bu haqda bu gün, 22 sentyabr tarixində Bakuplus.az “Azərsu”ya istinadən xəbər verir.
Su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün axşam saatlarından sabah günün birinci yarısına qədər içməli suyun verilməsində fasilə yaranacaq.