Son zamanlar Xəzər dənizində boğulma nəticəsində ölümlərin sayında artım müşahidə olunur. Buna səbəb dəniz suyunun səviyyəsində baş verən dəyişmələr hesab olunur. Bu haqda bu gün, 2 avqust tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya üzrə elmlər doktoru Əmir Əliyevin sözlərinə görə, dənizdə suyun səviyyəsinin çəkilməsi, xüsusilə sahil zonalarında qayaların, bataqlıqların üzə çıxmasına səbəbdir. Belə ki, sudan üzə çıxan daşların arasında burulğanlar yaranır.
Əmir Əliyev onu da qeyd edib ki, əgər sahil dayazdırsa, maneələr, qayalar və dərin yerlər varsa, o zaman dalğalar daha qabarıq görünür. Bu baxımdan qayalara doğru getmək daha təhlükəlidir.
Ətraflı süjetdə: