Bakının 2 rayonunda qaz olmayacaq. Bu haqda bu gün, 10 iyun tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.
Xəzər və Qaradağ rayonlarında qaz xətlərində görüləcək təmir-bərpa işləri ilə əlaqədar saat 10:00-dan etibarən qazın verilişi dayandırılıb.
Məhdudiyyət Xəzər rayonunun Türkan kəndi, Türkan qəsəbəsi, Qaradağ rayonunun Puta qəsəbəsini əhatə edib.