Xocalıda kütləvi məzarlıqda tapılan şəxslər Zabratda dəfn ediliblər. Bu haqda bu gün, 6 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Xocalı soyqırımı zamanı itkin düşmüş Bəsirə Məhərrəmova və Vaqif Məhərrəmovun qalıqları Zabrat qəbiristanlığında torpağa tapşırılıb. Onlar kütləvi məzarlıqda tapılan 10 nəfərin içində idilər.
Bir müddət əvvəl Xocalı şəhərinin mərkəzində, keçmiş xalça fabrikinin yaxınlığında həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqları aşkar olunmuşdu.