YARAT İncəsənət Mərkəzində yeni sərgi nümayiş etdirilir. Bu haqda bu gün, 14 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
YARAT Müasir İncəsənət Məkanı multidisiplinar rəssam Aydan Salahovanın “Sükutun səsləri” adlı fərdi sərgisini təqdim edir.
Sərgi qlobal müstəvidə aktual olan məişət zorakılığı problemi və onun qurbanlarının adından səslənir. Ekspozisiyada aqlay daşından yonulmuş 12 nəhəng küplərdən ibarət instalyasiya təqdim olunur və bu, sənətçinin yerli daşla əsərlər yaratmaqda ilk təcrübəsidir.
Sərginin əsas mahiyyəti küplərdən çıxan səslərdir – hər küp son 12 il ərzində baş vermiş ailə-məişət zorakılıq hadisələrinin xronikasından seçilmiş qurbanların faciəvi hekayələrini qısaca “danışır” və Azərbaycanda, habelə digər ölkələrdə yaşanan bu problemləri işıqlandırır.