Paytaxtın Yasamal rayonu, Akim Abbasov küçəsində avtomobil yolunda kanalizasiya qapaqları yoxdur. Bu haqda bu gün, 19 oktyabr tarixində Bakuplus.az xəbər verir.
Avtomobil yolunda yerləşən və yağış sularını kənarlaşdırmaq üçün nəzərdə tutulan xəttin dəmir barmaqlıqları yoxdur. Bu da nəqliyyat vasitələri üçün təhlükə yaradır.
Bundan əlavə, bəzi çuxurlar parklanma ərazilərində olduğundan piyadalar da təhlükə ilə üzləşirlər.
[caption id="attachment_75415" align="alignnone" width="640"]
Foto BakuPlus.az[/caption]