Paytaxtın mərkəzi prospektlərinin birində kollar mağaza sahibi tərəfindən çıxarılıb. Bu haqda bu gün, 22 sentyabr tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
Söhbət Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən mağazaların birinin önündə olan bitkilərdən gedir. Sakinlər bildirirlər ki, kollar açılışa hazırlıq işləri görən obyekt tərəfindən məhv edilib.
“Şəhərin mərkəzində özbaşına yaşıllıqların qanunsuz çıxarılmasına Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Rayon İcra Hakimiyyəti və digər qurumlar niyə bu qədər biganədir? Bu kollar axı heç bu mağaza tərəfindən əkilməyib”, – deyə oxucu bildirib.