Yasamal rayonunda qazın verilişi dayandırılıb. Bu haqda bu gün, 30 iyul tarixində Bakuplus.az Azəriqaz-a istinadən xəbər verir.
Mikayıl Müşfiq küçəsi ilə Mətbuat prospektinin kəsişməsində aparılacaq təmir-quraşdırma işləri ilə bağlı Mətbuat prospekti, Mikayıl Müşfiq, Hüseyn Cavid, Ələsgər Ələkbərov, İzzət Bağırov və Ayna Sultanova küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Məhdudiyyət işlər bitənə qədər davam edəcək.