Paytaxtın Yasamal rayonunda qazın verilişi bərpa olunub. Bu haqda bu gün, 28 yanvar tarixində Bakuplus.az “Azəriqaz”a istinadən məlumat verir.
“Azəriqaz”ın verdiyi məlumata görə, yeraltı qaz kəmərlərinin üç hissəsində qaz sızması aradan qaldırılıb.
Bildirilir ki, təhlükəsizlik məqsədi ilə boru kəmərlərində qazın təzyiqi tədricən artacaq.
Qəza Xocasən qazpaylayıcı stansiyasından (QPS) qidalanan diametri 530 mm-lik qaz xəttinin Məmmədşərif Həmidov küçəsindən keçən hissəsində baş verib. Gecə saatlarından etibarən qəza xidməti əməkdaşları tərəfindən təmir işləri davam edib.