Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində qeyri-adi yol nizamlanması yaradılıb. Bu haqda bu gün, 2 fevral tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
Belə ki, adıçəkilən küçədə piyada zolağı avtobus dayanacağı ilə bir sırada çəkilib. Bu da sakinlərdə çaşqınlıq yaradıb.
“Hər dəfə maşınla keçəndə sürücülər piyadalara yol verirlər, sonra görürlər ki, sən demə, avtobus gözləyirlərmiş”, – deyə paylaşımda qeyd olunub.
Bundan əlavə, avtomobillərin piyada zolağına çox yaxın park edilməsi işləri biraz da çətinləşdirir.