Paytaxtın Yasamal rayonu, İzmir küçəsində ağaclar yaşayış binasına ziyan vurur. Bu haqda bu gün, 29 noyabr tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Adıçəkilən küçədə yerləşən yarıməsrlik ağaclar binaya çox yaxın olduğundan onların budaqları eyvanlara dirənir, küləkli havada isə pəncərələri sındırdığı belə olub. Həmçinin ağaclar budanmır deyə tez-tez budaqları qırılır və təhlükəli vəziyyət yaranır.
Sakinlər Bakı şəhər Yaşıllaşdırma İdarəsinə müraciət etsələr də, məsələ öz həllini tapmayıb. Qurum isə bu cür hallarda yazılı müraciət olunmasının zəruriliyini vurğulayıb və məsələnin yaxın zaman həll olunacağına söz verib.