Yasamal rayonu, Şəfayət Mehdiyev küşəsində avtobus dayanacağı baxımsız vəziyyətdədir. Bu haqda bu gün, 30 dekabr tarixində Bakuplus.az ARB-yə istinadən xəbər verir.
Belə ki, sözügedən küçədə yerləşən avtobus dayanacağında aylardır oturacaq yoxdur. Bu da fiziki məhdudiyyətli şəxslər, eləcə də yaşlılar üçün ciddi problem yaradır.
“Gəlirəm, məcbur olub ağaca söykənirəm. May ayından oturacaq əyilmişdi, sentyabrdan, ümumiyyətlə, yoxdu”, – deyə sakin şikayət edir.
Həmçinin bildirilib ki, oturacaqla yanaşı, kart yükləmək üçün aparat da yoxdur.
Rəsmi qurumlar məsələnin araşdırılacağını və qısa müddət ərzində həll ediləcəyini qeyd ediblər.